- Baxış sayı: 34
- 28 Mart 2025 23:54
- Baxış sayı: 54
- Mart 24, 2025
- 0
Yoldaşlıq görüşü çərçivəsində keçiriləcək Azərbaycan – Belarus oyunu öncəsi millinin baş məşqçisi Fernandu Santus mətbuat konfransında iştirak edib.
Allsport.az xəbər verir ki, o, qarşılaşma haqda bunu deyib: “Haiti ilə oyunla müqayisədə heyətdə müəyyən dəyişikliklər olacaq. Bəzi futbolçulara istirahət verəcəyik. Qısa müddətdə ardıcıl iki oyun keçirmək asan deyil. Ramazan ayıdır, futbolçuların çoxu oruc tutur. Hörmətlə yanaşırıq və buna uyğun dəyişikliklər edəcəyik. Aqressiv, istəkli, əzmkar oynamalıyıq. Müdafiədə daha inamlı olmaq lazımdır. Çünki Haiti ilə görüşdə sadə qollar buraxdıq. Sabah qol vurmağımız da çox vacibdir. Topa sahib olan tərəf olmağa çalışacağıq. Bununla yanaşı, ələ düşən şansları qola çevirmək önəmlidir. Hücumda daha iti oynamaq istəyirik. Futbolda belə hallar olur. Qol epizodları yaratsan da, dəyərləndirə bilmirsən. Amma gec-tez bunun bəhrəsini görürsən. Kollektiv şəkildə oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Ümid edirəm ki, ilk qalibiyyətimizi sabah qazanacağıq”.