- Baxış sayı: 28
- 26 Mart 2026 17:45
- Baxış sayı: 39
- Mart 26, 2026
- 0

“Barselona”nın müdafiəçisi Ronald Arauxo klubu ilə yeni müqavilə imzalamağa razılaşıb.
Allsport.az xəbər verir ki, sözləşmə 2031-ci ilin iyun ayına qədər qüvvədə olacaq.
Arauxo 19 yaşından “Barselona” sistemindədir. Bu mövsüm 25 yaşlı mərkəz müdafiəçisi bütün turnirlərdə 5 oyuna çıxıb. Uruqvaylı zədə səbəbindən mövsümün çox hissəsini buraxıb.