Arbeloa qələbəni dəyərləndirdi

“Real Madrid”in baş məşqçisi Alvaro Arbeloa çempionlar liqasının pley-off mərhələsində “Benfika” üzərində qazanılan qələbəni (2:1) şərh edib.

Allsport.az xəbər verir ki, mütəxəssis xüsusilə Orelyen Çuameni və Vinisius Juniorun oyununu fərqləndirib.

Arbeloa Mbappenin yoxluğunda Vinisiusun liderlik keyfiyyətlərinin komanda üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Kilyanın yoxluğunda ona ehtiyacımız daha çoxdur. O, bizim əsas istinad nöqtəmiz olmalıdır”.

İki oyunun nəticəsinə görə (cəmi: 3:1) mərhələ adlayan “Real”ın 1/8 finaldakı rəqibi fevralın 27-də keçiriləcək püşkatmada bəlli olacaq.

Həmin kateqoriyadan