- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

“Qarabağ”ın zədələnən futbolçusu Kamilo Duran hazırda həkimlərin müşahidəsi altındadır.
Allsport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
“Çempionlar liqasının pley-off mərhələsində “Nyukasl” ilə cavab oyununda zədələnən Kamilo Duran hazırda həkimlərin müşahidəsi altındadır. Həkimlər yekun rəy verdikdən sonra ətraflı məlumat veriləcək”, – deyə klubdan bildirilib.
Duran İngiltərədə 2:3 hesabı ilə məğlub olduqları matçın ikinci hissəsində sıradan çıxıb.