Arda Gülər mükafatlandırıldı

“Real”ın türkiyəli ulduzu Arda Gülərin İspaniya çempionatında vurduğu qol martın ən gözəli seçilib.

Allsport.az xəbər verir ki, martın 14-də keçirilən “Real” – “Elçe” (4:1) matçının 89-cu dəqiqəsində Ardanın meydanın mərkəzindən vurduğu qol bütün rəqiblərini geridə qoyub. Təxminən 68 metrlik məsafədən qapıçının başı üzərindən tora daxil olan bu top azarkeşlərin böyük rəğbətini qazanıb.

Həmin kateqoriyadan