- Baxış sayı: 216
- 27 Noyabr 2025 22:36
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Bakıda arena polo üzrə Avropa çempionatının təqdimat mərasimi olub. Allsport.az saytı xəbər verir ki, tədbirdə Azərbaycan atçılıq federasiyasının baş katibi Bəhruz Nəbiyev, beynəlxalq və Avropa polo federasiyalarının prezidenti vitse-prezidenti Piero Dillier və digər rəsmi şəxslər iştirak ediblər.
Əvvəlcə, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınan zaman şəhid olan hərbçilərimizin əziz xatirəsi 1-dəqiqəlik sükutla yad edilib.
Çempionatda 4 komanda – Azərbaycan, Avstriya, İsveçrə və İspaniya komandaları mübarizə aparacaq. Bütün millilər bir-birilərinə qarşı oynayacaqlar. Toplanmış xallara əsasən yarımfinal görüşləri keçiriləcək. Sentyabrın 18-də üçüncü yer uğrunda və final qarşılaşması olacaq. Hər komandanın heyətində 3 idmançı yer alacaq.