Arif Əsədov: “İkinci qolda Cavid Hüseynov əl ilə oynamışdı”

“Neftçi”nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Biz ağır oyuna çıxmışdıq. Kubokdan əlini üzən “Qəbələ” bütün fikrini çempionata yönəldib. Biz isə həm çempionatda, həm də kubokda mübarizə aparırıq. Görünür ki, sıx qrafik oyunçularda yorğunluğa səbəb olub. Zədəli oyunçuların olması da oyunumuza təsir etdi. Hazırda bütün diqqətimizi kuboka yönəltmişik və bu matça hazırlaşmalıyıq. Komandam ikinci hissəyə yaxşı başladı. Lakin rəqibin vurduğu ikinci qol çox şeyi həll etdi. Hakimlikdən danışmaq istəmirəm. Səhv etmirəmsə, ikinci qolda Cavid Hüseynov əl ilə oynamışdı. Eyni zamanda, oyunçular ədalətli oyun prinsipinə də əməl edə bilərdilər. Necə ki, biz bəzi epizodlarda bunu etdik”.

Həmin kateqoriyadan