Arif Abdullayev – 50!

Bu gün sərbəst güləş üzrə millinin məşqçisi Arif Abdullayevin 50 yaşı tamam olur. Allsport.az saytı xəbər verir ki, o, 1968-ci ildə avqustun 28-də Bakıda anadan olub. Bahadırlığın sirlərini 15 yaşında “Spartak” klubunda Vahid Məmmədovun rəhbərliyi ilə öyrənməyə başlayıb. Zamanla “Gömrükçü” və “Neftçi” klublarının da şərəfini qoruyub. İlk ciddi uğuru 1995-ci ildə İsveçrənin Frabur şəhərində keçirilən Avropa çempionatı olub. 60 kq-da bürünc medal qazanıb. Sərbəst güləşçi bu nəticəsini sonradan 2 dəfə – Budapeştdə (1996) və Bakıda (2002) təkrar edib.

Onun ən böyük qələbəsi 2003-cü ilə təsadüf edib. ABŞ-da təşkil olunan dünya çempionatında baş mükafata yiyələnməklə, qardaşı Namiq Abdullayevin karyerasında tək qazana bilmədiyi bu qızıl medalı ailəyə gətirib. Onun 5-xallıq “şah fəndi” əcnəbi fotoqrafların obyektivinə düşüb və indiyədək reklam kimi bütün dünyada istifadə olunur. Arif Abdullayev 2004-cü ildə paytaxtda keçirilən komanda üzrə dünya kubokuna sahib çıxıb. Atlanta-1996, Sidney-2000 və Afina-2004 olimpiya oyunlarına qatılıb. Sonuncuda səhhəti səbəbindən mübarizə aparmayib. Elə həmin ildə karyerasını başa vurub.

2007-ci ildə məşqçiliyə başlayıb. Gənclər yığmasında böyük məşqçi kimi böyük uğurlar qazanıb. Hazırda əsas komandada çalışır.

 

29 Sep 2000: Arif Abdullayev of Azerbaijan (blue) and Othmar Kuhner of Germany in the Mens 58 kg Greco Roman Wrestling at the Exhibition Halls on Day 14 of the Sydney 2000 Olympic Games in Sydney, Australia. Mandatory Credit: Jamie Squire /Allsport

Həmin kateqoriyadan