Arif Abdullayev ilə Rövşən Hacıyevin komandası Avropa çempionu oldu!

Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, sərbəst güləş üzrə millimiz qitə birinciliyində uğurlu çıxış edib.

Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında yarışda iştirak edən yığmanın 6 üzvü fəxri kürsüyə qalxıb.

1 qızıl, 4 gümüş və 1 bürünc medal qazanan millimiz, 132 xalla növbəti dəfə komanda hesabında Avropa çempionu olub.

Türkiyə (125) ikinci, Gürcüstan (99) isə üçüncü yeri tutub. Millinin heyətində Xetaq Karsanov (97 kq) qızıl, Vasif Bağırov (57 kq), Camal Abbasov (61 kq), Sadiq Mustafazadə (86 kq) və Anar Cəfərli (92 kq) gümüş, Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb.

Həmin kateqoriyadan