- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Rumıniyanın paytaxtı Buxarestdə U-23 Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləş millisi dünən axşam vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq 140 xal toplayan və komanda hesabında ardıcıl 2-ci dəfə Avropa çempionu olan komandanı Heydər Əliyev beynəlxalq aeroportunda təmtəraqla qarşılanıb. Əsas seçmənin məşqçisi Arif Abdullayev açıqlama verib:
“İlk növbədə xalqımızı Novruz bayramı münasibətilə təbrik edirəm. U-23 Avropa çempionatında tam heyətlə iştirak etdik və 5 medal qazandıq. 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazandıq. Bəzi idmançılarımız səhvlərə yol verdilər və medal əldə edə bilmədilər. Ancaq ümumi götürəndə komandamız çox gözəl çıxış etdi.
140 xalla Avropa çempionu olduq. Bizi qarşıda böyüklərin Avropa çempionatı gözləyir. İlin ən önəmli yarışı isə lisenziya xarakterli dünya çempionatı olacaq. Əlimizdən gələni edəcəyik ki, olimpiadaya maksimum sayda lisenziya əldə edək.
İkinci dəfə Avropa çempionu olduq. Federasiya rəhbərliyinə, gənclər və idman mazirliyinə və milli olimpiya komitəsinə öz təşəkkürümü bildirirəm. Ötən il prezident İlham Əliyev bizi qəbul etmişdi. Onun diqqət və qayğısı öz töhfəsini verdi”.