- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Tiflisdə yeniyetmələrin dünya birinciliyi başa çatıb. Allsport.az saytı xəbər verir ki, son 2 yarış günündə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib. Böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Umudovun rəhbərliyi ilə mübarizə aparan millimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
Əbubəkr Abakarov (69 kq) 1-ci, Mahir Məmmədzadə (42 kq) 2-ci, İnal Jopua (63 kq) və Əshab Həmzətov (100 kq) 3-cü olublar.
Komanda hesabında 47 xal toplayan yığmamız dünya birinciliyini 3-cü sırada tamamlayıb. Rusiya (69 xal) 1-ci, ABŞ (67 xal) kollektvi 2-ci pilləni tutub.