- Baxış sayı: 31
- 26 Mart 2026 11:58
- Baxış sayı: 223
- Mart 25, 2026
- 0

“Bavariya”nın hücumçusu Leroy Sane “Arsenal”ın maraq dairəsinə düşüb.
Allsport.az xəbər verir ki, alman futbolçunun Münhen komandası ilə müqaviləsi cari mövsümün sonuna kimidir. “Topçular” onu azad agent qismində heyətinə qatmağa ümid edir.
Əvvəllər londonluların baş məşqçisi Mikel Arteta “Mançester Siti”də işləyərkən artıq Sane ilə işləyib. Onların yaxşı münasibəti var.