“Arsenal” “Çelsi” və “Liverpul”u qabaqlayır

“Arsenal” “Ayntraxt”ın hücumçusu Ömər Marmuş uğrunda mübarizədə “Çelsi” və “Liverpul”u qabaqlayır.

Allsport.az xəbər verir ki, “topçular” misirli futbolçunun mümkün transferinin təfərrüatlarını öyrənmək üçün artıq Almaniya klubu ilə əlaqə saxlayıb. Marmuşun “Ayntraxt”la 2027-ci ilin yayında başa çatacaq müqaviləsinin uzadılması ilə bağlı son danışıqlarda müsbət cavab vermədiyi vurğulanır.

Bu mövsüm Ömər bütün turnirlərdə 24 matçda iştirak edib, 18 qol vurub və 12 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan