“Artur Aleksanyan üzrərində qələbə tam başqa idi”

Xorvatiyanın paytaxtında dünya çempionatında yunan-Roma güləşçimiz Murad Əhmədiyev (97 kq) siftə etməsinə rəğmən, inamlı təsir bağışlayaraq 5 görüşdən 4-ündə qalib gəlib bürünc medal qazandı. Allsport.az saytı xəbər verir ki, o, mükafatlandırmadan öncə uğura gedən yolu Bakıdan ezam olunan azərbaycanlı KİV nümayəndələri ilə paylaşdı:

“Bütün rəqiblərimə hörmətlə yanaşıram, amma 1/4 finalda Artur Aleksanyan tam başqa idi. O, çox güclü güləşçidir. Onun üzərində qələbə digərlərinin yerini verə bilməz. Çox sevinirəm ki, belə bir idmançıqa qalib gəlmişəm.

3-cü yer uğrunda tutaşma daha dramatik keçdi. Son saniyələrdə az qalmışdı ayağım çölə çıxsın və uduzum. Açığı, mənə elə gəldi ki, tuş vardı, sadəcə, hakimlər vermədilər. Bu uğuru anama və dayılarıma həsr edirəm”.

Kamran HACI, Zaqreb

Həmin kateqoriyadan