- Baxış sayı: 279
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Bolqarıstanın Samokov şəhərində keçirilən U20 dünya çempionatında 1 gümüş və 1 bürünc medal qazanan qadın güləşi üzrə millimiz Vətənə qayıdıb.
Allsport.az xəbər verir ki, Heydər Əliyev beynəlxalq aeroportunda komandanın qarşılanma mərasimi keçirilib.
Baş məşqçi əvəzi Toğrul Əsgərov yarış barədə danışıb:
“U20 Avropa çempionatında 3 idmançımızdan 2-si qızıl medal qazanmışdı. Bu yarışda da eyni nəticəni gözləyirdik. Buna çox yaxın idik. Günay yarımfinalda, Ruzanna isə finalda son anda qələbəni əldən verdi. Yeniyetmə və gənclərdə belə halların yaşanmasına normal baxıram. Arzu edirəm ki, bu səhvləri böyüklərin dünya çempionatında, olimpiya oyunlarında təkrarlamayaq. Daha çox çalışaq, daha çox əzmkarlıq göstərək. Komandamız gənc, yolumuz uzun, hədəfimiz çox böyükdür. Federasiya tərəfindən güclü dəstək var. Çalışacağıq ki, bu dəstəyin, diqqətin layiqincə cavabını verək. İnşallah, hər şey istədiyimiz kimi olar. Bəzən ardıcıl yarışlarda iştirak qızlarda psixoloji yorğunluğa səbəb olur. Bütün bunlara baxmayaraq, həm Avropa, həm də dünya çempionatında 3 çəkidə 2 medal qazanmaq böyük uğurdur. Bu qızların böyük potensiala sahib olmaları çox sevindirici haldır”.