- Baxış sayı: 73
- 19 Dekabr 2025 19:00
- Baxış sayı: 73
- Dekabr 19, 2025
- 0

Azərbaycan güləş federasiyasının dəstəyilə yeni güləş zalı istifadəyə verildi. Allsport.az saytı xəbər verir ki, yunan-Roma güləşi üzrə dünya 3-cüsü, Avropa 2-cisi Taleh Məmmədovun nəzarəti altında fəaliyyət göstərən güləş zalı Zabrat qəsəbəsində yerləşir. Bu gün idman qurğusunun açılışı oldu. Tədbirdə idman ictimaiyyətinin nümayəndələri ən yüksək səviyyədə iştirak etdilər. AGF-in icraiyyə komitəsinin üzvü, olimpiya çempionu Namiq Abdullayev bunu dedi:
“Bu gün sevindirici gündür. Bütün idman ailəsi yeni güləş zalının açılışına toplaşıb. Taleh Məmmədovun nailiyyətləri çoxdur. İndi özünü məşqçi kimi sınamaq istəyir. Güləş federasiyası ona lazımi dəstəyi göstərir. Gənclər və idman naziri Fərid Qayıbov, Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də öz xeyir-dualarını verdilər.
Gördüyünüz kimi, uşaqlar ilk məşqlərinə başlayıblar. Burada çalışanlar da peşəkarlardır. Arzu edirik ki, bu zalda olimpiya, dünya və Avropa çempionları yetişsin”.