- Baxış sayı: 162
- 31 İyul 2024 21:34
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
“Sərhədçi” atçılıq mərkəzinin açıq manejində “Arzu kuboku” uğrunda konkur yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak ediblər. Turnirin 1-ci günündə “E” kateqoriyası üzrə 90 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar Bakı birinciliyi uğrunda güclərini sınayıblar.
15 idmançının iştirak etdiyi mübarizədə Respublika atçılıq və müasir beşnövçülük üzrə ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Murad Əlizadə “Light Limerick” ləqəbli atla 1-ci, həmin məktəbin təmsilçisi İlham Əlizadə “Sina” ləqəbli atla ikinci yerin sahibi olub. 3-cü yerdə isə “Elit atçılıq klubu”nun idmançısı Məryəm Lütfəlibəyova “Valonka” ləqəbli atla qərarlaşıb.
“Arzu kuboku” uğrunda turnirin 2-ci günündə isə 125-130 santimetr hündürlükdə yerləşdirilən maneələrdən ibarət “M” kateqoriyalı yarışda 14 at iştirak edib. “Buta qolden atçılıq klubu”nun üzvü Eqor Morotski “Astrello” ləqəbli atla rəqiblərinə qalib gələrək “Arzu kuboku”nun sahibi olub. “Sərhədçi” atçılıq klubunun idmançısı Seyid Musayev “Ayla” ləqəbli atla 2-ci yerə yüksəlib. 3-cü sıranın sahibi isə “Cera 59” ləqəbli atla “Elit atçılıq klubu”nun nümayəndəsi Anar Hümbətov olub.
Sonda qaliblər Bakı şəhər gənclər və idman baş idarəsinin diplom, medal və kubokla təltif ediliblər.