- Baxış sayı: 44
- 23 Fevral 2026 20:15
- Baxış sayı: 124
- Fevral 23, 2026
- 0

Fevralın 23-də Azərbaycan idman akademiyası (ASA) ilə Azərbaycan cüdo federasiyası (ACF) arasında əməkdaşlıq çərçivəsində cüdo məşqçilərinin səviyyə üzrə sertifikatlarının təqdimetmə mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, mərasimdə çıxış edən ASA-nın rektoru Fuad Hacıyev ölkədə idman təhsilinin keyfiyyətinin artırılması, məşqçi hazırlığı sisteminin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun kadrların yetişdirilməsinin əhəmiyyətini vurğulayıb.
Akademiyanın tədris işləri üzrə prorektoru Ülkər Babayeva çıxışında ASA və ACF arasındakı bu əməkdaşlıq modelinin həm yerli, həm də beynəlxalq əmək bazarında rəqabətədavamlı kadrların hazırlanmasına müsbət təsir edəcəyini bildirib.
ASA-nın ömürboyu təhsil şöbəsinin müdiri Lalə Məmmədova isə sertifikatlaşma proqramı çərçivəsində həyata keçirilən müxtəlif istiqamətli təlimlərin ümumi icmalını bölüşüb.
Daha sonra cüdo məşqçiləri üçün I və III səviyyələr üzrə, eləcə də “Təlimçi təlimi” proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.