- Baxış sayı: 102
- 26 Mart 2026 23:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

PSJ-nin yarımmüdafiəçisi Marko Asensio klubunu dəyişə bilər.
Allsport.az xəbər verir ki, 28 yaşlı futbolçuyla “Real Sosyedad” maraqlanır. La liqa təmsilçisi Asensionu satınalma şərti ilə icarəyə götürməyi planlaşdırır.
İspaniyalının özü də vətəninə qayıtmağa müsbət yanaşır.
Marko cari mövsüm ərzində 15 oyunda iştirak edib, 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.