- Baxış sayı: 48
- 19 Noyabr 2024 18:36
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Saxa respublikasının Yakutiya şəhərində keçirilən “Asiya uşaqları” VIII beynəlxalq idman oyunlarının açılış mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, “Tuymaada” stadionunda keçirilən mərasimdə əvvəlcə iştirakçı ölkələrin bayraqları idmançılar tərəfindən nümayiş olunub.
Sonra Rusiyanın idman naziri Mixail Deqtyarev iştirakçı ölkələri Rusiya federasiyasının prezidenti Vladimir Putinin adından salamlayıb.
Mərasimdə “Asiya uşaqları” beynəlxalq idman oyunları hakimlərinin iştirakı ilə parad keçirilib. “Asiya uşaqları” VIII beynəlxalq idman oyunlarının məşəli alovlandırıldıqdan sonra tədbir bədii hissə ilə davam edib.
Yarışa iyulun 6-da yekun vurulacaq. Azərbaycan bu yarışda 16 idman növü üzrə 80 idmançı ilə təmsil olunur.