- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Dağıstan Respublikasının Kaspiysk şəhərində Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, qadın güləşi millimiz 1 qızıl, 1 gümüş və 3 bürünc medalla komanda hesabında 4-cü oldu. Bu növdə ilk dəfə qitənin ən güclülərinin yarışını 5 mükafatla başa vuran yığmanın baş məşqçisi Aslan Ağayev yekundan məmnun qalıb:
“Avropa çempionatına qədər qatıldıq bir neçə yarışda iştirak etdik. Təlim-məşq toplanışı da uğurlu oldu. Bura 9 güləşçi ilə qatıldıq. Jurnalistlərə müsahibədə 1 dəst medal qazanacağımızı söyləmişdim. Amma düzü, bu qədər gözləmirdim. Müəyyən səhvlər olmasaydı, daha yaxşı nəticə olardı. Qarşıdakı dünya çempionatında səhvlərimizi düzəldim uğuru davam etdirmək niyyətindəyik”.