Aslan Ağayev: Dünya çempionatına hazırlıq plan üzrə gedir

Qadınlardan ibarət yığma Belarusda təlim-məşq toplanışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Aslan Ağayev hazırlığın gedişi və qarşıdakı planlarla bağlı açıqlama verib:

“Hazırlıq plan üzrə gedir. Hər şey qaydasındadır. Zədəli güləşçimizin olmaması sevindiricidir. Minskdə Belarus, Latviya və Hindistan yığmalarıyla birgə toplanış keçirik. Burada Aleksandr Medvedin şərəfinə keçiriləcək turnirdən sonra Vətənə qayıdacağıq.

Dünya çempionatı ərəfəsində son təlim-məşq toplanışını keçmək üçün Türkiyəyə yollanacağıq. Orada yerli komandayla yanaşı, Rumıniya və Hindistanın da iştirakıyla birgə toplanış baş tutacaq. Macarıstana da Türkiyədən səfər edəcəyik”.

Həmin kateqoriyadan