- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0
Yanvarın 16-dan Türkiyənin Kayseri şəhərində yerli və Rumıniya komandaları ilə təlim-məşq toplanışı keçən qadın güləşçilərimiz ilin ilk sınağına 1-3 fevralda Fransanın Nitsa şəhərində qran-pridə çıxacaq.
Allsport.az saytı xəbər verir ki, ölkəmizi baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi ilə Türkan Nəsirova (50 kq), Anjela Doroqan, Tatyana Varansova (hər ikisi – 53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edəcəklər.
Görüşlərin idarə edilməsində 3-cü dərəcəli beynəlxalq hakim Bəşir İsazadə yer alacaq.