- Baxış sayı: 313
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 55
- Dekabr 05, 2025
- 0

23-25 mayda İtaliyanın Sassari şəhərində Matteo Pellikone xatirə yarışı keçiriləcək. Allsport.az saytının məlumatına görə, bu sınaqda ölkəmizi qadın güləşçilərimiz təmsil edəcək.
Baş məşqçi Aslan Ağayevin rəhbərliyi ilə son Avropa çempionatının medalçıları – Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova, Tatyana Omelçenko və Elis Manolova (hamısı – 62 kq) uğur qazanmağa çalışacaq.
Görüşü idarə edənlər arasında olimpiya dərəcəli hakim Sədi Quliyev yer alacaq.