- Baxış sayı: 15
- 16 Yanvar 2026 17:06
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

FİBA Avropa çempionatının ən yaxşı məşqçisini açıqlayıb.
Allsport.az xəbər verir ki, bu ada Türkiyə yığmasının çalışdırıcısı Ərgin Ataman layiq görülüb.
Qardaş ölkənin millisi Atamanın rəhbərliyi altında qrup mərhələsini məğlubiyyətsiz başa vurub. Türkiyə millisi pley-offda İsveçi, daha sonra Polşa və Yunanıstanı məğlub edərək finala yüksəlib. “Ay-ulduzlular”ın basketbolçuları həlledici matçda Almaniyaya uduzub.