- Baxış sayı: 34
- 23 Aprel 2025 16:25
- Baxış sayı: 56
- Aprel 24, 2025
- 0
Atçılıq İdmanının Konkur Növü Üzrə CSI2* kateqoriyalı “Bahar Kuboku” adlı beynəlxalq turnir keçiriləcək. Allsport.az xəbər verir ki, aprelin 9-11-də Azərbaycan Atçılıq Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakı şəhəri, Binə qəsəbəsində yerləşən “Binə Atçılıq Mərkəzi”-nin açıq manejində atçılığın konkur növü üzrə “Bahar Kuboku” adlı CSI2* kateqoriyalı beynəlxalq turnir keçiriləcək.
AAF-dən Trend-ə verilən məlumata görə, turnirə Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və İrandan idmançılar dəvət olunub. Yarışlarda ümumilikdə 25 idmançı və 50-ə yaxın atın iştirakı gözlənilir.
Turnirə Azərbaycan, Türkiyə, Rusiya, Bolqarıstan və İrandan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək. Turnirin ümumi mükafat fondu 53,000 Euro təşkil edir. Yarışlar hər gün saat 12:00 da başlayır. Tamaşaçılar üçün giriş pulsuzdur.