“Audi”in baş direktoru: 2026-ci ildə ən ciddi dəyişikliklər olacaq

Allsport.az saytı xəbər verir ki, Almaniyanın markası 2026-ci ildə çempionatda debüt edəcək. “Audi Formula Racinq”in baş direktoru Adam Beyker reqlamentdəki dəyişikliyin komandaya ilk mövsümdən yüksək nəticə uğrunda mübarizə aparmaq üçün şərait yaradacağını vurğulayıb. O, fikrini belə bölüşüb:

”İştirakımızı elan etdiyimizdən sonra, 7 ay ərzində Formula-1 dünya çempionatı digər istehsalçıların da marağına səbəb oldu. Bu faktı nəzərə alsaq, biz lazımi anda düzgün qərar verdik. Son 20 il ərzində yarışlarda iştirak edən digər istehsalçılarla müqayisədə, planlarımızı tez elan etdik. 2022-ci ilin martın ayından etibarən Noyburqda hazırlıqlar başlayıb.

Görüləcək işlərin miqyasını yaxşı bilirik. Bizim üstünlüyümüz yeni reqlamentin ilk ilində Formula 1-də çıxış etməyimizdən ibarətdir. Ötən mövsümlərin sabit reqlament dövründə yeni istehsalçılar yarışlarda çıxış edirdi və bu səbəbdən, onlar stabil uzun müddət iştirak edən komandalarla müqayisədə çox əlverişsiz vəziyyətə düşürdülər. 2026-cı ildə mühərrik və şassi ilə bağlı planlaşdırılan dəyişikliklər baş verəcək.

Bu idman növünün yaxın tarixində baş verəcək ən ciddi dəyişiklikləri olacaq. Buna görə, debütantlar ilə yanaşı, bizimdə yaxşı rəqabətli mübarizə aparmaq imkanımız olacaq. Bu ilin əvvəlində elektrik stansiyasının təkmilləşdirilməsi ilə bağlı büdcə məhdudiyyətləri qüvvəyə minib. Yeni qayda bütün kollektivlər tərəfindən riayət olunur. Vəziyyət hamımaza eyni imkan yaradır”.

Həmin kateqoriyadan