- Baxış sayı: 70
- 05 Fevral 2026 21:01
- Baxış sayı: 126
- Fevral 08, 2026
- 0

Slovakiyanın paytaxtı Bratislavada kayak və kanoe üzrə 37-ci beynəlxalq “Bratislava reqatası” keçirilib.
Allsport.az xəbər verir ki, yeniyetmə və gənclər arasında baş tutan reqatada Azərbaycan millisi 6 nəfərlik heyətlə təmsil olunub.
Komandamızın heyətində Paşa Əsgərov bürünc medal qazanıb. O, 5000 m məsafəyə kanoe qayığında finiş xəttinə üçüncü çatıb.
Amil Ramazanov 200 metr məsafəyə kayak yürüşlərdə uğurlu çıxış edərək A finalına yüksəlib. Yekun nəticədə Ramazanov ümumi yarış iştirakçıları arasında 8-ci sırada qərarlaşıb.