- Baxış sayı: 43
- 22 Noyabr 2024 22:07
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
İyunun 1-2-də Qazaxıstanın Uralsk şəhərində “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş kayak və kanoe üzrəbeynəlxalq turnir keçirilib.
Allsport.az xəbər verir ki, 5 ölkədən 10-a yaxın komandanın mübarizə apardığı yarışda avarçəkənlərimiz məşqçi Larisa Axundovanın rəhbərliiyi altında 2 qızıl, 3 gümüş və 3 bürünc medal əldə ediblər.
İdmançılarımızdan Cavid Vəlizadə 2 nəfərlik kanoe qayığında 200 metr məsafəyə mübarizədə qızıl, 500 metr məsafəyə yarışda gümüş müdal qazanıb. Bundan başqa, Cavid 1 nəfərlik kanoe qayığında 200 və 500 metr məsafələrdə də 2-ci nəticə göstərib. Qarışıq komanda yarışında isə idmançımız 500 metr məsafəni 3-cü pillədə bitirib.
Emil Zeynalov 2 nəfərlik kayak qayığında qarışıq komanda yarışında 500 metr məsafəni 1-ci yerdə tamamalayıb. Vacib Babayek-Şahin İsayev cütlüyü 2 nəfərlik kayak qayığında, Niyaz Məlikov isə 1 nəfərlik kayak qayığında 500 metr məsafədə 3-cü nəticə göstəriblər.