- Baxış sayı: 160
- 24 Mart 2026 13:04
- Baxış sayı: 230
- Mart 25, 2026
- 0

Allsport.az xəbər verir ki, 16-18 iyun tarixlərində İtaliyanın Vareze şəhərində akademik avarçəkmə üzrə dünya kubokunun 2-ci mərhələsi keçiriləcək.
Yığma komandamız yarışda 3 idmançı ilə təmsil olunacaq. Qadınların mübarizəsində Diana Dımçenko, kişilər arasında isə Ziya Məmmədzadə və Bəhmən Nəsiri mübarizə aparacaq.
Hər 3 idmançımız tək nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşlərdə iştirak edəcək.🚣