- Baxış sayı: 70
- 05 Fevral 2026 21:01
- Baxış sayı: 129
- Fevral 08, 2026
- 0

Kayak və kanoe üzrə yeniyetmə və gənclərdən ibarət Azərbaycan yığmaları iyunun 1-3-də Qazaxıstanın Uralsk şəhərində təşkil olunacaq “1 iyun – uşaqların beynəlxalq müdafiəsi günü”nə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcəklər.
Allsport.az xəbər verir ki, məşqçi Larisa Axundovanın rəhbərliyi altında yarışda Niyaz Məlikov, Elvin Əliyev, Emil Zeynalov, Vacib Babayev, Şahin İsayev və Cavid Vəlizadə mübarizə aparacaq.