- Baxış sayı: 43
- 22 Noyabr 2024 22:07
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
“Mingəçevir reqatası-2023” beynəlxalq turnirinin ikinci günü də Azərbaycan komandası üçün uğurlu olub. İdmançılarımız yarışın ikinci gününü 12 medalla başa vurublar.
Allsport.az xəbər verir ki, 2007-2008-ci il yaş kateqoriyasında 1 nəfərlik kanoe qayığında 500 metr məsafəyə yürüşdə Sənan Məmmədov ikinci, Cavid Vəlizadə isə 3 yer tutub. Sənan Məmmədov 200 metr məsafədə də gümüş medala sahib olub.
1 nəfərlik kayak qayığında 500 metr məsafədə Amil Ramazanov bütün rəqiblərini qabaqlayıb.
2 nəfərlik akademik avarçəkmədə 1500 metr məsafəyə yürüşlərdə Fuad Məmmədov-Fikrət Həsənov cütlüyü ikinci yer tutub.
2 nəfərlik kayak qayığında 500 metr məsafəyə yarışlarda Qiyas Əhmədov-Riad İsmayılzadə dueti finişə hamıdan tez çatıb. Sübhan Həsənov-Rəşad Dadaşov 2-ci olub. Adı çəkilən cütlüklər 200 metr məsafədə də müvafiq olaraq 1-ci, 2-ci yerə layiq görülüb. Bu məsafədə Emil Zeynalovla Rüfət Həsənzadə isə 3-cü olub.
2009-2010-cu il təvəllüdlü idmançılar arasında 2 nəfərlik akademik avarçəkmədə 1000 metr məsafədə Nurəddin Əliyev-Məhəmməd Abdullayev dueti bürünc medal qazanıb.
Əlimurad Hacızadə isə 1 nəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşlərdə 3-cü olub.
Qeyd edək ki, 8 ölkədən 14 komandanın qatıldığı “Mingəçevir reqatası-2023” beynəlxalq turnirinə oktyabrın 27-də yekun vurulacaq.