Avarçəkmə dünyasına ağır itki

Beynəlxalq dərəcəli idman ustası, baydarka və kanoe üzrə Avropa çempionatının bürünc mükafatçısı Marina Yatsun dünyasını dəyişib.

Allsport.az xəbər verir ki, uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən sabiq idmançı martın 24-də 43 yaşında vəfat edib.

Marina Yatsun 2002-ci il Avropa çempionatında 200 metr məsafəyə dördnəfərlik baydarka yarışlarında bürünc medal qazanaraq böyük uğura imza atmışdı. Onunla vida mərasimi martın 27-də Moskvada keçiriləcək.

Həmin kateqoriyadan