Avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub

Allsport.az xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” olimpiya tədris-idman mərkəzində təşkil olunan yarışda 100-dən artıq yeniyetmə və gənc idmançı çempionluq uğrunda mübarizə aparıb.

Ölkə çempionatında avarçəkənlər kayak və kanoe növlərində 1 və 2 nəfərlik qayıqlarda 200, 500, 1000 metr, akademik avarçəkmədə isə 1, 2 və 4 nəfərlik qayıqlarda 1000, 1500 metr məsafədə birinci olmağa çalışıb. Çempionat maraqlı mübarizə şəraitində keçib.

Qalib idmançılar diplom və medallarla mükafatlandırılmaqla yanaşı, oktyabrda baş tutacaq ənənəvi “Mingəçevir Reqatası” beynəlxalq turnirində iştirak edəcək heyətə cəlb olunacaq.

Həmin kateqoriyadan