- Baxış sayı: 70
- 05 Fevral 2026 21:01
- Baxış sayı: 128
- Fevral 08, 2026
- 0

Gənclər və idman nazirliyi (GİN) ilə Azərbaycan kanoe və avarçəkmə federasiyasının (AKAF) birgə təşkilatçılığı əsasında 2-3 sentyabrda akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək.
Allsport.az xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” olimpiya tədris-idman mərkəzində təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən olan 100-dən artıq idmançı mübarizə aparacaq.
Ölkə çempionatında avarçəkənlər akademik avarçəkmə və kayak növündə 1 və 2 nəfərlik, kanoe növündə isə 1 nəfərlik qayıqlarda güclərini sınayacaqlar.
Azərbaycan çempionatı sentyabr-oktyabrda baş tutacaq 3-cü MDB oyunlarına test və hazırlıq xarakteri daşıyır. Həmçinin bu turnirdə fərqlənən avarçəkənlər MDB oyunlarında iştirak edəcəklər.