- Baxış sayı: 43
- 22 Noyabr 2024 22:07
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib.
Allsport.az xəbər verir ki, tədbir gənclər və idman mazirliyi ilə Azərbaycan kanoe və avarçəkmə federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Kişilərin fərdi yarışında SOCAR əməkdaşı Ehtibar Əsədov finiş xəttinə birinci çatıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Əli Dadaşov 2-ci, SOCAR-ın digər işçisi Elşad Kərimov isə 3-cü olub.
Qadınlar arasında GİN təmsilçisi İlahə Çələbiyeva 1-ci olub. Xəzər dəniz gəmiçiliyi QSC-nin əməkdaşları Janna Məmmədova və Tatyana Srebnaya müvafiq olaraq 2-3-cü yerləri tutublar.
Qarışıq komanda yarışında SOCAR-ı təmsil edən Ehtibar Əsədov-İlahə Hacıyeva cütlüyü ən yaxşı nəticə ilə 1-ci olub. Xəzər dəniz gəmiçiliyi QSC-nin əməkdaşları Mikayıl Protasov-Janna Məmmədova dueti 2-ci, Gənclər və idman nazirliyinin təmsilçiləri Hüseyn Quliyev-Rəna Əliyeva ikilisi isə 3-cü yeri tutub.