- Baxış sayı: 38
- 12 Mart 2026 17:06
- Baxış sayı: 256
- Mart 13, 2026
- 0

Azərbaycanın qadın stolüstü tennisçiləri Qazaxıstanda keçirilən Avrasiya liqasında etimadı doğruldublar. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Almatı sınaqlarına qatılan Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Mərziyyə Nurmətovadan ibarət dördlük ilk dəfə olduğu üçun yarışın II liqasında mübarizə aparıb.
1-ci turda finaladək keçirdiyi 8 oyundan 7-də qalib gələn komandamız yalnız finalda Özbəkistan millisinə uduzaraq ikinci yerdə qərarlaşıb. Yarışın növbəti turunun oyunları 28-31 may tarixlərində olacaq. 4 turun nəticəsinə əsasən ilk iki yeri tutan kollektivlər Super Luqaya vəsiqə qazanacaqlar.