Avro-2026 üzrə təşkilat komitəsinin nümayəndələri Bakıda

Avropa voleybol konfederasiyasının Avro-2026 üzrə təşkilat komitəsinin nümayəndələri və turnirin yayım tərəfdaşı “İnfront” şirkətinin əməkdaşları noyabrın 25-də Bakıda səfərdə olublar.

Allsport.az saytı xəbər verir ki, qitə çempionatında ölkəmizin ev sahibi olduğu “C” qrupunun oyunlarının keçiriləcəyi Milli gimnastika arenasının texniki imkanları, infrastruktur, komanda və media zonaları, televiziya yayım üçün nəzərdə tutulmuş məkanlar, azarkeşlər üçün xidmət sahələri nümayəndələrə təqdim edilib. Qonaqlara görülən işlər, eləcə də qarşıdakı aylarda planlaşdırılan hazırlıq mərhələləri ilə bağlı məlumatlar verilib, geniş fikir mübadiləsi aparılıb.

Bakının ev sahibliyi edəcəyi “C” qrupunda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya komandaları mübarizə aparacaqlar. Digər qrupların oyunları isə Türkiyə (“A” qrupu), Çex Respublikası (“B” qrupu) və İsveçdə (“D” qrupu) təşkil olunacaq.

Həmin kateqoriyadan