- Baxış sayı: 99
- 04 Dekabr 2025 22:23
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

“Real Madrid” – “Jalqiris” (100:99) matçında Avroliqanın bir neçə rekordu qeydə alınıb.
Allsport.az xəbər verir ki, “kral klubu” turnir tarixində cəmi iki dəqiq üçxallıq atışla 100 xaltoplayan ilk komanda olub.
Dördüncü hissədə hər iki komanda birlikdə 75 xal (Real 38, Jalqiris 37) toplayıb ki, bu da Avroliqa tarixində bir taymda hər iki komandanın 37 xalı keçdiyi ilk hadisədir.
“Jalqiris”in oyunçusu Şelven Fransisko 33 xal və 11 məhsuldar ötürmə ilə 37 məhsuldarlıq indeksinə çatıb və Kevin Panqosun nailiyyətini təkrarlayıb.