- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda yeniyetmə güləşçilərin Avropa birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, “sərbəstlər”dən sonra meydan qızlara verilib. Bu növdə də bizimkilər fərqlənib.
Böyük məşqçi Nazim Əlicanov və məşqçi Həsrət Məmmədyarovun başçılığı ilə yarışın ilk nəticəli günündə komandamızdan Şəhanə Nəzərova (38 kq) qızıl, Yasəmən Məcidli (43 kq) bürünc medal qazanıblar.
Bu mübarizəni digərlərindən fərqləndirən önəmli məqam, qaydalarda edilən bəzi dəyişikliklər burada test edilməsidir. Məlum olduğu kimi, növbəti ildən etibarən qitə və dünya çempionatlarında çəki dərəcələri üzrə yarış günlərinin bir gündən iki günə artırılması nəzərdə tutulur.
Proqrama əsasən, ilkin görüşlər (yarımfinal görüşü də daxil olmaqla) ilk yarış günündə, təsəlliverici və medal tutaşmaları növbəti gündə keçirilir. İdmançılar hər 2 mübarizə günündə çəkiyə cəlb edilirlər. İlk yarış günündə idmançılar mübarizə apardıqları çəkidə güləşsə də, ikinci yarış günündə onlara normadan 2 kq artıq çəkidə güləşməyə icazə verilir.