- Baxış sayı: 57
- 03 Dekabr 2025 19:23
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev 30 sentyabr – 10 oktyabrda İstanbulda parabadminton üzrə Avropa çempionatında iştirak edəcək milli komandamızın oyunçuları və ailə üzvləri ilə görüşərək onlara qarşıdakı turnirdə uğurlar arzulayıb.
Allsport.az saytı xəbər verir ki, o, turnirdə iştirak üçün göstərdiyi dəstəyə görə Azərbaycan paralimpiya komitəsinə təşəkkürünü bildirib. Komandamızın baş məşqçisi Teymur Abbasov para badmintonçularımızın hazırlıq prosesi ilə bağlı məlumat verərək Avropa çempionatında ölkəmizi uğurlu təmsil etmək üçün əllərindən gələni edəcəklərini deyib.
Azərbaycan ilk dəfə para badminton üzrə Avropa çempionatında geniş heyətlə təmsil olunacaq. Para badminton millimiz qitə çempionatına 10 idmançı ilə qatılacaq. İbrahim Əliyev, Minəbəyim Rəhmanzadə, Nicat Allahverdiyev, Ayan Əliyeva, Zəhra Salmanlı, Nərmin İsgəndərova, Əli Məhərrəmov, Fatimə Muradova, Nigar Mehdiyeva və Fərid Mayılov qitə çempionatında müxtəlif kateqoriyalarda yarışacaq.