- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Martın 28-dən aprelin 3-dək Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 1 həftə davam edəcək qitə birinciliyində ümumilikdə 23 bahadır çıxış edəcək. Artıq məsul yarışda iştirak edəcək heyətlər müəyyənləşib.
Martın 18-də AGF-in vitse-prezidenti Namiq Əliyevin də izlədiyi “sərbəstlər”in məşqində sınaq xarakterli görüşlər keçirilib. Beynəlxalq dərəcəli hakimlərimizin idarə etdiyi qarşılaşmalardan sonra yığmanın yekun heyətinə aydınlıq gətirilib. Hazırlıq yekunlaşdıqdan sonra, AÇ-nin ilk günlərində mübarizə aparacaq komandamızın Budapeştə yollanacaq tərkibi açıqlanıb.
Beləliklə, Macarıstanda baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə Əliabbas Rzazadə (57 kq), İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq), Zirəddin Bayramov (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Əbubəkr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), Məhəmmədxan Məhəmmədov (97 kq) və Aydın Əhmədov (125 kq) mübarizə aparacaqlar.
Martın 14-dən Budapeştdə təlim-məşq toplanışı keçən qadınlarımız cəmi 3 idmançı ilə təmsil olunacaq. Baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) çıxış edəcəklər.
Yunan-Roma güləşi millimiz yarışın son günlərində rəqabətə qoşulacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi ilə Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) növbəti uğurlarını qazanmağa çalışacaqlar.
AÇ-də İ-S kateqoriyalı hakimlərimiz – Asif Şirəliyev, İntiqam Alıyev və Sədi Quliyev də yer alacaqlar.