- Baxış sayı: 274
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatına yekun vurulub.
Allsport.az xəbər verir ki, sərbəst güləş üzrə millimiz qitə birinciliyində 5 medal qazanıb. Komandamız 1 qızıl, 2 gümüş və 2 bürünc medalla 133 xal toplayıb və Avropa ikincisi olub. Gürcüstan (164) birinci, Ukrayna (81) isə üçüncü yeri tutub.
Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq) qızıl, Muradxan Ömərov (79 kq) və Yusif Dursunov (125 kq) gümüş, Ömər Gülməmmədovla (74 kq) Anar Cəfərli (92 kq) isə bürünc medal qazanıb.