- Baxış sayı: 29
- 21 Noyabr 2024 11:49
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Polşanın Qdansk şəhərində sahil avarçəkməsi və çimərlik sprint üzrə Avropa çempionatında avarçəkənlərimiz uğurlu çıxışları ilə yadda qalıblar. Allsport.az saytı xəbər verir ki, komandamızın lideri Diana Dımçenko adı ilk çəkilən proqramda təsnifatda 1-yerlik qayıqda 4000 metr məsafəyə finişə birinci çataraq, “A” finalında iştirak etmək hüququ əldə edib.
Həlledici mərhələdə 6000 metr məsafəyə 5-ci sırada mübarizə aparan idmançımız İrlandiyadan olan rəqibi Dukarska Monikanı və finlandiyalı rəqibi Karpinen Eavanı geridə qoyaraq, fəxri kürsünün birinci pilləsinə yüksəlib.
2-nəfərlik qayıqda Bakı avarçəkmə və kanoe idman klubunun üzvləri Murad Sadıqov – Boqdan Qladçenko cütlüyü də “A” finalında mübarizə aparıb. Finalda idmançılarımız 6-cı yerdə qərarlaşıblar.