- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Rumıniyanın paytaxtında yeniyetmə yunan-Roma güləşçilərin Avropa çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Buxarestdə bu növdə növbəti parlaq nəticə qeydə alınıb. Millimiz həm medalların sayına, həm də topladığı xallara görə rekord edib. Qitə birinciliyinə böyük məşqçi Taleh İsrafilov, məşqçilər Rasim Ağayev və Elvin Mürsəliyevin rəhbərliyi ilə yollanan 10 idmançıdan 8-i fəxri kürsüyə qalxıb.
Fəraim Mustafayevlə (55 kq) Məhəmməd Qasımzadə (60 kq) bütün rəqiblərinə qalib gəliblər. Elvin İbadov (45 kq), Vədat Qasımlı (51 kq), Seymur Qasımov (65 kq), Davud Məmmədov (71 kq) və İsmayıl Rzayev (80 kq) 2-ci yerlə kifayətləniblər. Hüseyn Savadov (45 kq) isə bürünc medal qazanıb.
Beləliklə, 2 qızıl 5 gümüş, 1 bürünc mükafata yetişən yunan-Roma güləşi üzrə U-17 seçməmiz 175 xalla, aşkar üstünlüklə Avropa çempionu olub. Azərbaycan 2-3-cü yerləri bölüşən Gürcüstan və Ukraynanı 66 xal qabaqlayıb. Bununla da millimiz titulunu qoruyub. Xatırladaq ki, komandamız ötən il Bolqarıstanda keçirilən eyni yarışda 155 xalla qitə çempionu olmuşdu.