Avropa çempionatının 4-cü günündə 1 gümüş və 1 bürünc medal qazandıq

Bu gün Serbiyanın Novı Sad şəhərində güləşçilərin Avropa çempionatında «sərbəstlər»in və qadınların mübarizəsi başa çatdı. Allsport.az saytı xəbər verir ki, ardıcıl dördüncü yarış günündə fəxri kürsüdə Azərbaycan bayrağı dalğalandı. Sözü gedən yarışda 2 dəfə 3-cü olan Camaləddin Məhəmmədov bu dəfə daha irəli getdi, finala çıxdı, yekunda gümüş medalla kifayətləndi.

Ruslan Dibirhacıyev (70 kq) gərgin mücadilədə 3-cü pillləni tutdu. Qadınlarda Natalya Sinişin (58 kq) və Elis Monolova (69 kq) 5-ci yerə çıxdılar.

Xatırladaq ki, ilk 3 yarış günündə sərbəst güləşçilərimizdən Giorgi Edişeraşvili (57 kq) qızıl, Aleksandr Qostiyev (86 kq) və Murad Süleymanov (74 kq) gümüş mükafata yiyələniblər. Xanımlarda Mariya Stadnik (48 kq) 1-ci, Alyona Kolesnik (55 kq)  ilə Tattyana Omelçenko (60 kq) 3-cü olublar.

58 kq 

Bürünc medal görüşü – Nataliya Sinişin – Emese Baraka (HUN) 2:6
Təsəlliverici görüş – Katarzyna Madrovska (POL) – Nataliya Sinişin 0:10
1/4 final – Grace Jacob Bullen (NOR) – Nataliya Sinişin 4:2
1/8 final – Carola Rainero (İTA) – Nataliya Sinişin 0:4 (tuşe 68 san.)

69 kq 
Bürünc medal görüşü – Koumba Selene Fanta Larroque (FRA) – Elis Manolova 7:0
1/2 final – Anastasia Bratçikova (RUS) – Elis Manolova 10:0
1/4 final – Elis Manolova – İlana Kratysh (İSR) 3:0
1/8 final – Agoro Papavasileiou (GRE) – Elis Manolova 3:6

70 kq 
Bürünc medal görüşü – Ruslan Dibirhacıyev – Adrian İonut Moise (ROU) 5:0
Təsəlliverici görüş – Ruslan Dibirhacıyev – Mihail Sava (MDA) 7:0
1/8 final – Ruslan Dibirhacıyev – Frank Çamizo (İTA) 0:6

125 kq 
FİNAL – Cəmaləddin Məhəmmədov – Taha Akgül (TUR) 2:8
1/2 final – Soslan Gagloev (SVK) – Cəmaləddin Məhəmmədov 0:7 (tuşe)
1/4 final – Cəmaləddin Məhəmmədov – Levan Berianidze (ARM) 3:1
1/8 final – Qadjimurad İstapayev (BEL) – Cəmaləddin Məhəmmədov 2:11

 

Həmin kateqoriyadan