- Baxış sayı: 313
- 15 Dekabr 2025 16:00
- Baxış sayı: 87
- Dekabr 15, 2025
- 0
Mayın 20-dən 26-dək Bakı İdman Sarayında güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək.
Allsport.az xəbər verir ki, ilk dəfə ölkəmizdə təşkil ediləcək yarışın biletləri satışa çıxarılıb.
“İticket” vasitəsilə satışa çıxarılan biletlərin qiyməti 2 AZN-dir. Biletlər hər gün gündüz və axşam olmaqla, 2 fərqli seans üzrə satışdadır. Yalnız son yarış günündə 1 seans (axşam) nəzərdə tutulub. 1, 2, 4, 5, 14 və 15-ci sektorlar üçün bilet satışı həyata keçirilir. Ümumilikdə 6630 bilet satışa çıxarılıb.
Biletləri iticket.az saytından onlayn qaydada və “İticket”in şəhərin müxtəlif məkanlarında yerləşən satış məntəqələrindən əldə etmək mümkündür.