- Baxış sayı: 22
- 16 Yanvar 2026 21:40
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

2026-cı ildə təşkil olunacaq voleybol üzrə qadınlar arasında Avropa çempionatının püşkatma mərasimi keçiriləcək.
Allsport.az xəbər verir ki, tədbir oktyabrın 4-də baş tutacaq.
Mərasim Bari şəhərindəki məşhur Norman-Svabian Qalasında keçiriləcək. Tədbirdə AVF-nin idarə heyətinin üzvü Elqar Bağırov və Azərbaycan yığmasının voleybolçusu Ayşən Abduləzimova iştirak edəcəklər.
Yarışın biletləri isə bu il noyabrın 7-də satışa çıxacaq.
Avropa çempionatı 2026-cı il də 21 avqust – 6 sentyabrda keçiriləcək. Oyunlar Bakı (Azərbaycan), İstanbul (Türkiyə), Brno (Çex respublikası) və Höteborq (İsveç) şəhərlərində baş tutacaq.