- Baxış sayı: 213
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

Gələn il keçiriləcək Avropa çempionatında Azərbaycan yığmasının oyunlarının təqvimi müəyyənləşib.
Allsport.az xəbər verir ki, ölkəmizin ev sahibliyi edəcəyi “C” qrupunda yer alan komandamızın rəqibləri Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları olacaq. Millimiz ilk oyununu Portuqaliya kollektivinə qarşı keçirəcək.
Avropa çempionatı 2026-cı ildə Azərbaycan (Bakı), Türkiyə (İstanbul), Çex respublikası (Brno) və İsveçin (Qöteborq) ev sahibliyi ilə avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək. Bakıdakı qarşılaşmalar 21–28 avqust 2026-cı ildə milli gimnastika arenasında baş tutacaq.
AVRO-2026-nın “C” qrupunun oyunlarının təqvimi:
21 avqust
19:00 Azərbaycan – Portuqaliya
22 avqust
15:30 Belçika – İspaniya
18:30 Rumıniya – Niderland
23 avqust
15:30 Portuqaliya – Belçika
18:30 İspaniya – Azərbaycan
24 avqust
15:30 Niderland – Portuqaliya
18:30 Azərbaycan – Rumıniya
25 avqust
15:30 Rumıniya – Belçika
18:30 Niderland – İspaniya
26 avqust
15:30 İspaniya – Portuqaliya
18:30 Belçika – Azərbaycan
27 avqust
15:30 Niderland – Belçika
18:30 Portuqaliya – Rumıniya
28 avqust
15:30 İspaniya – Rumıniya
18:30 Azərbaycan – Niderland