- Baxış sayı: 39
- 05 Dekabr 2025 15:00
- Baxış sayı: 38
- Dekabr 05, 2025
- 0

Avstriyalı biatlonçu Feliks Ləitner 28 yaşında karyerasını başa vurduğunu açıqlayıb.
Allsport.az xəbər verir ki, idmançı sosial şəbəkədə yazıb: “Mənə ən yaxın olanlarla təcrübələrimi bölüşdüyüm və onlarla uğur qeyd etdiyim çox gözəl günlər olub. Gülüş, göz yaşları, heyranlıq və sevinc. Biatlonda son 16 ili belə yaşadım və onları belə xatırlayacağam. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.
Ləitner 20 km fərdi məsafəyə qaçışda 2018-ci ilin Avropa çempionudur. Onun həmçinin gənclər arasında dünya çempionatında üç qızıl medalı var.